Road And Construction MMC olaraq 2017-ci ildən inşaat sektorunda fəaliyyət
göstəririk. Fəaliyyətində şəffaflıq, dəqiqlik və keyfiyyəti rəhbər tutan şirkətimiz
yarandığı gündən etibarən bir çox əhəmiyyətli layihələr həyata keçirməyi və
keyfiyyətli işi nəticəsində Azərbaycan tikinti bazarında peşəkarlıqla özünü tanıtdı.
Komandamızın yüksək peşəkarlığa malik memar və dizaynerləri, mühəndis və
müvafiq təchizatçıları prosesin gedişatı dövründə layihələrin tam peşəkarlıq ilə
idarə edilməsində və güvənlə tamamlanıb təhvil verilməsində bütün gücləri ilə
çalışırlar.
Road and Construction MMC bir sıra sənaye sahələri üçün layihənin idarə
edilməsi, tikinti və istismara verilməsinin idarə edilməsi xidmətlərini əhatə edən
imkanları təqdim edir. O cümlədən şirkətimiz tikintinin bütün aspektlərində-dam,
izolyasiya, fasad və incə işlər, mep xidmətləri, dizayn və memarlıq konstruksiyası
üzrə ixtisaslaşmışdır.